EGE40 tor

EGE40 tor sistemi


  • EGE40 sinək torlarının karkasını təşkil edən alüminium profillər davamlığına görə seçilir
  • EGE40 şaquli sinək torlarında istifadə olunan tül parça – Amerika, əyləc sistemi – İtaliya, yay mexanizmi və plastik xammallar isə Almaniya istehsalıdır
  • İstehsalatda istifadə olunan xammalın yüksək keyfiyyətli olması səbəbindən, məhsulumuz insan sağlamlığına zərər verən kanserogen maddələrdən azaddır
  • Hal-hazırda bazarda təklif olunan sinək toru sistemlərində kilid mexanizmi cəmi iki ədəd plastik parçasından ibarət olduğu halda, EGE40 tor sistemləri alüminiumdan hazırlanmış alt hissənin uzununa, digər alüminium parçası ilə birləşməsi nəticəsində kilidlənir. Plastik kilidləmə mexanizmlərinin istifadə müddəti 1-1,5 il təşkil etdiyi zaman, alüminium kilidləmə mexanizminin yararlılıq dövrü kifayət qədər uzun, qırılma halları isə olduqca nadirdir
  • İstifadə edilən sinək torunun parçası orijinal tül olduğundan, pəncərədən çölə baxdıqda, ümumi görüntü təsirsiz qalaraq, əsl mənzərəni çatdırır. Bundan əlavə, istifadə edilən orijinal tül odadavamlıdır
  • Yay mexanizmi Almaniya mənşəli olub, yüksək keyfiyyətə malik olduğundan, yüzlərlə dəfə toru açıb bağlasanız belə, əsla sıradan çıxmaz
  • Bazarda təklif olunan sinək torları sistemlərində əyləc mexanizminin əskik olması səbəbindən, bu torları nisbətən sürətlə açdıqda, və yaxud yuxarıya doğru çəkdikdə, məhsulun həm səs çıxarması, həm də qısa zamanda deformasiyası ilə üzləşə bilərsiniz. Halbuki, EGE40 tor sistemlərinin bütün çeşidlərində yer almış əyləc sistemi həm qurğunun səssiz işləməsini, həm də gövdə içərisində quraşdırılmış yay mexanizmlərinin dayanıqlı və davamlı fəaliyyətini təmin edir
  • Bu torların quraşdırılması və montajı olduqca bəsitdir. Quraşdırılma 4 ədəd profilin heç bir şurup və ya vint istifadə etmədən çərçivə şəklində bir-birinə bərkidilməsi ilə bitir. Sinək torunun kənarlarında yerləşən plastik dayaqları 4 ədəd vint ilə profilə bərkidilərək, montajı da tamamlamış olursunuz
  • Satış sonrasında isə, tor tülü hər hansı bir kəsici alətdən zədələnərsə, gövdəni tutan 2 ədəd vinti sökməklə, gövdəni olduğu yerdən asanlıqla çıxarmaq mümkündür. Bu zaman, istehsalçı tərəfindən tül dəyişdirilir və gövdə təkrarən yerinə taxılır. Yəni, sistemin kompleks şəkildə sökülməsinə ehtiyac duyulmur
  • EGE40 sinək torlarını həm içəri, həm də çölə açılan pəncərələrdə rahatlıqla istifadə edə bilərsiniz. Üstəlik, geniş çalar seçimi ilə PVC, alüminium və taxta profillərə quraşdırılaraq, torlar ümumi xəncərə mexanizminiz ilə bir bütövlük təşkil edəcəkdir

BİZ BURDAYIQ

Ak.H.Əliyev küç. 78A, Bakı

(+994 12) 409 04 06

(+994 51) 409 04 16

© 2017 «Veka Pəncərələri»
Bütün hüquqlar qorunur.
Saytın hazırlanması —
«OKmedia»