İDA40 şaquli tor

İDA40 şaquli tor


  • iDA40 sinək torlarının karkasını təşkil edən alüminium profillər həm estetik baxımdan xoş görkəmlidir, həm də davamlığına görə seçilir
  • iDA40 şaquli sinək torlarında istifadə olunan tül parça – Amerika, əyləc sistemi – İtaliya, yay mexanizmi və plastik xammallar isə Almaniya istehsalıdır
  • İstehsalatda istifadə olunan xammalın yüksək keyfiyyətli olması səbəbindən, məhsulumuz insan sağlamlığına zərər verən kanserogen maddələrdən azaddır
  • Kilid mexanizmi yan profildə gizlədilmiş plastik kilidlərlə fəaliyyət göstərir
  • İstifadə edilən sinək torunun parçası orijinal tül olduğundan, pəncərədən çölə baxdıqda, ümumi görüntü təsirsiz qalaraq, əsl mənzərəni çatdırır. Bundan əlavə, istifadə edilən orijinal tül odadavamlıdır
  • Yay mexanizmi Almaniya mənşəli olub yüksək keyfiyyətə malik olduğundan, yüzlərə kərə toru açıb bağlasanız belə, əsla sıradan çıxmaz
  • Bazarda təklif olunan sinək torları sistemlərində əyləc mexanizminin əskik olması səbəbindən, bu torları nisbətən sürətlə açdıqda, və yaxud yuxarıya doğru çəkdikdə, məhsulun həm səs çıxarması, həm də qısa zamanda deformasiyası ilə üzləşə bilərsiniz. Halbuki, iDA40 şaquli sinək toru sistemlərinin bütün çeşidlərində nəzərdə tutulmuş əyləc sistemi həm qurğunun səssiz işləməsini, həm də gövdə içərisində quraşdırılmış yay mexanizmlərinin sabit və davamlı fəaliyyətini təmin edir
  • Bu torların quraşdırılması və montajı olduqca asandır. Quraşdırılma 3 ədəd profilin heç bir şurup və ya vint istifadə etmədən çərçivə şəklində bir-birinə bərkidilməsi ilə bitir. Sinək torunun kənarlarında yerləşən plastik dayaqları 4 ədəd vint ilə profilə bərkidərək, montaj da tamamlanır
  • Satış sonrasında, torun tülü hər hansı bir kəsici alətdən zədələnərsə, gövdəni tutan 2 ədəd vinti sökməklə, gövdəni olduğu yerdən asanlıqla çıxarmaq mümkündür. Bu zaman, istehsalçı tərəfindən tül dəyişdirilir və gövdə təkrarən yerinə taxılır. Yəni, sistemi tamamilə sökməyə heç bir ehtiyac yoxdur
  • iDA40 şaquli sinək torunu həm içəri, həm də çölə açılan pəncərələrdə rahatlıqla istifadə edə bilərsiniz. Üstəlik, geniş rəng variantları ilə PVC, alüminium və taxta profillərə quraşdırılaraq, torlar ümumi pəncərə mexanizminiz ilə bir bütövlük təşkil edəcəkdir
 
 

BİZ BURDAYIQ

Ak.H.Əliyev küç. 78A, Bakı

(+994 12) 465 54 42

(+994 51) 409 04 16

© 2024 «Veka Pəncərələri»
Bütün hüquqlar qorunur.
Saytın hazırlanması —
«OKmedia»