Perqola

Perqola sistemləri



Perqola sistemləri manual və avtomatik ola bilir. Avtomatik perqolalar adından da göründüyü kimi, bir rels mexanizminin üzərində yığılıb açılaraq çalışan sistemdir. Avtomatik perqolalar görünüş baxımından da bütün digər tent-perqola sistemlərindən öndədir.Dəmir, paslanmaz və ya aluminium profillərdən ibarət karkas üzərinə qurulur. Metal materiallar elektrostatik boya ilə rənglənir.


Avtomatik perqolanın elektrikli motoru sayəsində avtomatik açılıb bağlana bilir. Həmçinin pultla, günəş və yağış sensoru ilə də öz-özünə açılır-yığılır. İstifadə edilən led işıqlandırma məhsulları ilə pilləli işıq tətbiq edilə bilir. Beləliklə, gündüz günəş işıqlarından qorunarkən, gecə soyuqdan qoruna bilmə özəlliyinə sahibdir.

Perqolalar özünəməxsus keyfiyyətli parça növü olan Blackout parça istifadə edilərək istehsal olunurlar. Parçanın istilik və işıq keçirməmə özəlliyi də mövcuddur. Həmçinin yağış və qara davamlı olub su keçirmir.

BİZ BURDAYIQ

Ak.H.Əliyev küç. 78A, Bakı

(+994 12) 465 54 42

(+994 51) 409 04 16

© 2024 «Veka Pəncərələri»
Bütün hüquqlar qorunur.
Saytın hazırlanması —
«OKmedia»