TUBA DELUX SÜRME

TUBA DELUX SÜRME



Şübhəsiz, bu sistemin ən mühüm xüsusiyyətlərindən biri, tək bir barmaq hərəkəti ilə torun açılıb bağlanmasıdır. Həmçinin, istismar ehtiyaclarına uyğun olaraq inkişaf etdirilmiş 3 fərqli rels sistemi sizi qurğunun mövcud profillərə montajı zamanı baş verə biləcək xoşagəlməz hallardan qoruyacaqdır.

Tuba Deluxe sürmə sistemlərində xüsusi əyləc və kilidləmə mexanizmi inkişaf etdirilərək, torun örtülərkən qapı/pəncərə profilinə sərt bir şəkildə toqquşmasının və eləcə də, küləkli havada tor taylarının relslərdən çıxmasının qarşısını almışdır. Bu sahədə sistemin istismar dövrünün artırılması da nəzərdə tutulub. Bundan savayı, bazarda təklif olunan digər sürmə tor sistemlərindən fərqli olaraq, Deluxe sistemlərində xüsusi çarxlar quraşdırılmışdır. Bu çarxlar, tor sisteminin daha axıcı şəkildə işləməsini təmin edir.

Tuba Deluxe sürmə sistemin montajı bazardakı mövcud sürmə sistemlərinə nisbətən daha asandır. Buna səbəb – sistemi daşıyan relslərin plastik künc dayaqları ilə bir-birinə montaj edilməsi və bundan ötəri gələn amil kimi, rels sisteminin kompleks, yəni tək parça halında yerindəcə yığılmasıdır.

Bunun sayəsində montaj zamanı hər hansı bir xırda işlərin aparılması üçün ayrıca vaxt və əmək daha sərf olunmur, montaj prosesinin özü isə daha bəsit hala gətirilmişdir.

Digər sistemlərimiz olduğu kimi, Tuba Deluxe sürmə sistemi də insan sağlamlığına zərər verən kanserogen maddələrdən azaddır.

BİZ BURDAYIQ

Ak.H.Əliyev küç. 78A, Bakı

(+994 12) 465 54 42

(+994 51) 409 04 16

© 2024 «Veka Pəncərələri»
Bütün hüquqlar qorunur.
Saytın hazırlanması —
«OKmedia»